Mərkəzi Bank bugünkü depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən verilən məlumata görə, hərracda tələb 65 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib.