Leonard Cohen vəfat edib

Leonard Cohen vəfat edib
11 Noyabr 2016
Mətni dəyiş
Kanadalı yazıçı, şair, bəstəkar ve müğənni Leonard Cohen 82 yaşında vəfat edib.
Cohenə aid sosial şəbəkə hesabından verilən açıqlamada, "Böyük kədər ilə əfsanəvi şair, bəstəkar və sənətçi Cohenin vəfat etdiyini bildiririk. Musiqi dünyasının ən hörmətli sənətçilərindən birini itirdik", - deyə qeyd edilib.
Leonard Cohen kimdir?
Tam adı Leonard Norman Cohen olan sənətçi 21 sentyabr 1934-cü ildə Kanadanın Montreal şəhərində dünyaya gəlib. Cohen ilk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə dərc etdirib. Cohen Avropa pop musiqisinə əsaslanan ilk dövrdəki çalışmalarının ardından din, yalnızlıq, cinsi istək və kişilər arası qarışıq əlaqələri əsas mövzu kimi istifadə etməyə başlayıb.
Kanadanın ən böyük sivil şərəf medalı sahibi olan Cohen, 2008-ci ildə də "Rock and Roll Hall of Fame"ə qəbul edilərək adını ən güclü ve təsirli bəstəkarlar arasına yazdırıb.
Cohen keçən ay 14-cü albomu "You Want It Darker"ı yayımlamışdı. Cohenin "Hallelujah" mahnısı, bütün zamanların ən çox təkrar ifa olunan mahnılarından biri olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun