Kim kimə, niyə səs verib? [Rəy sorğusu]

Kim kimə, niyə səs verib? [Rəy sorğusu]
15 Noyabr 2016
Mətni dəyiş
ABŞ-da noyabrın 8-i keçirilən və Respublikaçılar partiyasının namizədi Donald Trumpın qələbəsi ilə nəticələnən prezident seçkilərində kimin hansı namizədi dəstəklədiyi məlum oldu.
"Edinson" araşdırma mərkəzinin ölkə boyu keçirdiyi rəy sorğusunun nəticələrinə görə:
Al-Jazeera-nin məlumatına görə, qaradərili kişi və qadınların böyük əksəriyyəti, yəni 88%-i Hillary Clinton-u dəstəkləyib. Hər irqdən gənc qadınlar, universitet məzunları və şəhərli seçicilərinin əhəmiyyətli hissəsi də Clinton-a səs verib.
Trump seçki kampaniyası ərzində dəfələrlə miqrantlar əleyhinə ifadələr işlətmiş, Meksika ilə sərhəddə divar tikəcəyi vədini vermişdi. Bütün bunlara baxmayaraq latınlardan və asiyalılardan 30% səs ala bilib. Yaşı 45-dən artıq olan seçicilərin də yarıdan çoxu Trump-a səs verib.
ABŞ-ın ən böyük probleminin xarici siyasət olduğunu düşünənlərin 60%-ı keçmiş dövlət katibi Clinton-a üstünlük verib. İqtisadiyyata əhəmiyyət verənlərin də böyük çoxunluğu Hillary Clinton-a səs verib. Trump isə miqrantların və terrorun ən vacib məsələ olduğunu düşünlərin səsini qazana bilib.
Yəhudilərin 71%-i Clinton-a, katolik və protestanların isə əksəriyyəti Trump-a səs veriblər. Digər dinlərə inananların və ya dini seçimini bildirməyənlərin də tərcihi Clinton olub.
Seçki kampaniyası zamanı varlılardan alınan vergiləri artıracağını vəd edən Clinton, illik gəliri 50min dolların aşağısında olan seçicilərin yarısının səsini alıb. Ucqar bölgələrdə yaşayanlar və yüksək gəlirli seçicilər isə Trump-ı dəstəkləyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun