Jurnalistin səhhəti ağırlaşıb

Jurnalistin səhhəti ağırlaşıb
9 Noyabr 2016
Mətni dəyiş
Bu gün səhər saatlarında jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
Bu barədə jurnalistin yaxınları mətbuata məlumat veriblər. Həkimlərin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti sabit ağırdır.
Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb.
Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.
Zabil Müqabiloğlu təsisçisi olduğu "Gunxeber.com” saytına rəhbərlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun