İranın xarici işlər naziri Trump-ın prezident seçilməsinə münasibət bildirib

İranın xarici işlər naziri Trump-ın prezident seçilməsinə münasibət bildirib
9 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 9-da Romaniyaya səfər edən İranın xarici işlər naziri Mohammad Javad Zarif jurnalistlərə açıqlamasında Amerikada keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Trump-ın demokrat rəqibi Hillary Clinton üzərində qələbə qazanmasına və ABŞ-ın yeni prezidenti seçilməsinə münasibət bildirib.
Zarif deyib ki, ABŞ-da kimin prezidentliyə seçilib-seçilməməsindən asılı olmayaraq bu ölkə, İranla 5+1 qrupu arasında əldə edilmiş nüvə sazişinin müddəalarına sadiq qalmalı, onu icra etməlidir:
“Biz digər ölkələrin daxili işlərinə qarışmırıq. Bu, Amerika xalqının seçimidir. Lakin hesab edirəm ki, Amerikada kimliyindən asılı olmayaraq prezidentliyə seçilən hər kəs, dünyanın və bizim regionumuzun gerçəklikləri ilə düzgün tanış olmalı, mövcud reallıqları qəbul etməlidir. İranla Amerikanın bir-biri ilə siyasi əlaqəsi yoxdur. Lakin Vaşinqton, İranla Qərb arasında əldə edilmiş beynəlxalq nüvə sazişində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bu sazişi icra etməlidir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun