İranda azərbaycanlı fəal azadlığa çıxıb

İranda azərbaycanlı fəal azadlığa çıxıb
15 Noyabr 2016
Mətni dəyiş
İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyətinə görə 9 gün əvvəl həbs edilən fəal Səccad Budaqi noyabrın 8-də Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb. Bu barədə məlumatı "Gamac" saytı məlumat yayıb. 
Təbrizli fəalın müvəqqəti olaraq azadlığa buraxılması, ailəsinin qoyduğu 30 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında mümkün olub. Fəalın həbsdə saxlanıldığı müddətdə müxtəlif psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.
“Sepah”ın ETTELAAT bölməsinin əməkdaşları Səccad Budaqini oktyabrın 31-də tutub dindirdikdən sonra Təbrizin mərkəzi zindanına köçürmüşdülər.
O, bir neçə müddət əvvəl Təbriz zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən və hazırda aclıq aksiyası keçirən tanınmış milli-mədəni fəal Rəsul Rəzəviyə dəstək verməkdə günahlandırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun