İngiltərə Trumpın istəyini həyata keçirməyəcək

İngiltərə Trumpın istəyini həyata keçirməyəcək
22 Noyabr 2016
Mətni dəyiş
ABŞ prezidenti seçilən Donald Trumpın, "Brexit" çıxışları ilə diqqət çəkən Nigel Farageı İngiltərənin Washington səfiri olaraq görmək istəyəcəyini deməsindən sonra, ingilis höküməti bu barədə açıqlama verib.
Trumpın "Çox insan Nigel Farageın səfir olaraq İngiltərəni Washingtonda təmsil etməsini istəyər" deməsinin ardından Londonda bu gün açıqlama verən Nazirlər Kabineti sözçüsü, "Bu vəzifə boş deyil. ABŞ-da hal-hazırda mükəmməl səfirimiz var", - deyə cavab verib.
Qeyd edək ki, İngiltərədə iyunda keçirilən referendumda AB-dən çıxmaq üçün aparılan kampaniyanın qabaqcıllarından olan Farage, Trumpın seçki kampaniyasında çıxış etmiş və seçki zəfərindən sonra Trumpı ziyarətə getmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun