İnflyasiya 11,6% təşkil edib

İnflyasiya 11,6% təşkil edib
16 Noyabr 2016
Mətni dəyiş
Bu ilin 10 ayında  Azərbaycanda istehlak qiymətləri orta hesabla 11,6% artıb, Dövlət Statistika Komitəsi bildirib.
Yanvar-oktyabr aylarında illik hesablamada ərzaq malları  13,4%, qeyri-ərzaq malları 16,3%, əhaliyə xidmətlər 5,4% artıb.
Oktyabrda inflyasiya 1,3% təşkil edib. O cümlədən,  ərzaq malları  üzrə 2,3%, qeyri-ərzaq malları - 1,1%, xidmətlər– 0,2% təşkil edib.
2012-ci ildən Azərbaycanda  inflyasiyanın alternativ hesablanması aparılmır. Müstəqil araşdırmaçılar və siyasi xadimlər qeyd edirlər ki, 2015-ci ildə milli valyutanın iki dəfə devalvasiyasından sonra istehlak bazarında qiymətlər 30%-dən 50% -dək təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun