İlham Əliyev Donald Trumpla danışıb

İlham Əliyev Donald Trumpla danışıb
17 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan dövlət başçısı ABŞ-ın yeni seçilmiş prezidenti Donalda Trump-a telefonla zəng edib.
İlham Əliyev Donald Trumpı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını qeyd edib.
Azərbaycan dövlət başçısına minnətdarlığını bildirən Donald Trump İlham Əliyev haqqında "çox xoş sözlər" eşitdiyini deyib.
Noyabrın 17-də Donald Trump-ın komandası, seçilmiş prezidentin Azərbaycanla yanaşı, Hollandiya və Polşa liderləri ilə də söhbət etdiyini bildirib.
Donald Trump 8 noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra hazırkı prezident Barack Obama ilə hakimiyyətin təhvil verilməsini müzakirə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun