İcra başçısı Qarabağ qazisinə: "Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz"

İcra başçısı Qarabağ qazisinə: "Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz"
20 Noyabr 2016
Mətni dəyiş
20 ildir ki, daxmada, bir ayağı yarıdan, digəri isə topuqdan kəsilmiş şəraitdə yaşayan Qarabağ döyüşçüsü çarəsiz durumda qalıb.
Qarabağ qazisi Vəli Dünyamalıyev Salyan rayonunun Yolüstü kəndində yaşayır. "Yeni Müsavat" qəzetinin əməkdaşları ağır durumda yaşayan Qarabağ qazisinin evindən reportaj ediblər.
Vəli Dünyamalıyev 1 otaqdan ibarət daxmada yaşayır. O, Qarabağa könüllü şəkildə gedib. Hər gecəsi ağrılarla keçən Vəli deyir ki, yardım istəyini heç kim eşitmir.
[caption id="attachment_14909" align="alignleft" width="730"]22 foto: musavat.com[/caption]
Qarabağ döyüşçüsünün müalicəyə ehtiyacı var: "Bütün bu ağrılar, yarımcan olmağım bəs deyilmiş kimi, böyrəyim də artıq sıradan çıxıb. Həkimə getdim, dedilər ki, ya müalicə olunmalıyam, ya da böyrəyimi kəsib, götürəcəklər. Onsuz da ölümlə mübarizə aparıram, böyrəyimi də götürsələr, necə yaşayacam? Ondan sonra məni basdırsalar, yaxşıdır".
Maddi vəziyyəti ağır olan Vəlinin müalicə almağa gücü çatmır. Bir yandan xəstəlik, bir yandan da diqqətsizlik onu hər gün bir az da öldürür:
"Heç bir kömək almıram. Həkimə gedirəm, dərman yazır ki, "get al". Mən o dərmanları necə alım? Adi bir dərman 32 manatdır. Ümumilikdə 396 manat pul alıram. Başqa gəlirim yox, işim yox. İş olsa da işləyəcək qüvvədə deyiləm. 396 manatla ailə saxlayım, yoxsa dərmanlarımı alım? Bir dərmanı alanda digərlərini ala bilmirəm. Evlə bağlı çox müraciət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxmamın yanında bizim üçün ev tikilir. Sağ olsunlar. Sağlamlığım olmayandan sonra..."
[caption id="attachment_14906" align="alignleft" width="730"]Qarabağ qazisinin ayaqqabısı, foto: musavat.com Qarabağ qazisinin ayaqqabısı, foto: musavat.com[/caption]
Qazinin sözlərinə görə, rayonun icra başçısı tərəfindən təhqir edilib: "Salyan rayonunun icra başçısı ilə görüşə getdim ki, ayağıma görə xüsusi tikilən ayaqqabım cırılıb. Kömək etsinlər, onu Bakıda tikdirim. Mənə dedi ki, "Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz". Mənə deyilən bu söz heç vaxt yadımdan çıxmaz. Mən bu vətən üçün döyüşmüşəm və bu hala düşmüşəm. Sağlam olsaydım, mənim kiməsə ehtiyacım olardı? Yox... 45 yaşım var. Yavaş-yavaş ölürəm. Mən özümü yox, ailəmi düşünürəm. Onsuz da gec-tez öləcəyik. Amma indi ölsəm, onların vəziyyəti daha da betər olacaq. Diqqətsizlik, qayğısızlıq adama pis təsir edir. Biri deyir ki, "Getməzdin Qarabağa", o biri deyir ki, "Get, Prezident Aparatının qabağında özünü yandır".
- Sizə "Get, Prezident Aparatının qabağında özünü yandır" sözünü kim deyib?
- Kəndimizin Bələdiyyə sədri Əlizadə Zeynalov... Gözümün içinə baxa-baxa bu sözləri dedi. Mən buna layiq deyiləm. Sağlamlığımı vətən üçün qurban vermişəm. Heç olmasa, bunu nəzərə alsınlar.
[gallery ids="14908,14910,14911,14912,14913"]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun