Avropa Birliyi müdafiə xərclərini artırmağı planlaşdırır

Avropa Birliyi müdafiə xərclərini artırmağı planlaşdırır
30 Noyabr 2016
Mətni dəyiş
Avropa Birliyi (AB) Komissiyası, müdafiə sahəsindəki əməkdaşlığı artırmaq və gələcək müdafiə layihələri üçün üzv ölkələrin 25 ilə 100 milyard avroluq qaynaq təmin edəcəyi yeni bir müdafiə fondu meydana gətirməyi planlaşdırır.
Alman qəzeti "Süddeutsche Zeitung"un xəbərinə görə, AB Komissiyasının rəsmiləri Avropa müdafiə strategiyasının bir parçası olan bu fond üçün ehtiyac duyulan qaynağın 25 ilə 100 milyard avro arasında olduğunu ifadə edib.
AB Komissiyasından bu mövzuda verilən təkliflər arasında olan, "Ortaq Avropa üçün Təhlükəsizlik və Müdafiə Birliyi" qurulması planının dekabr ayında təşkil ediləcək AB sammitində qəbul edilməsi gözlənilir.
Bu plan ilə qurulacaq birliyin NATO-ya rəqib olmayacağı bildirilir. Qəzetə müsahibə verən AB Komissiyası səlahiyyətliləri, hədəfin ortaq "Avropa ordusu" qurmaq olmadığını deyib. Əlavə olaraq birliyin idarəsi üçün vətəndaş və hərbi rəhbərlik müəssisələrinin qurulacağı məlumatı verilib.
Yaradılacaq fond ilə AB-nin müdafiə sənayesi sahəsində daha aktiv hala gəlməsi planlaşdırılır. Fond üzərindən ediləcək investisiyaların çərçivəsi və məzmunu isə AB üzvü ölkələr tərəfindən təyin olunacaq.
AB üzvü ölkələrin müdafiə mövzusunda ortaq qərar ala bilməsini hədəfləyən fonda ediləcək ödənişlərin planlaşdırılmasında isə üzv ölkələrin büdcələri müəyyən bir səviyyəyə qədər göz ardı ediləcək. Mühacir böhranında Fransa və İtaliyaya kömək edildiyi kimi, AB Sabitlik və Böyümə Paktı çərçivəsində bir istisna olaraq qiymətləndirilən müdafiə fondu planı ilə AB Komissiyası üzv ölkələrə yardım etməyi planlaşdırır.
AB-nin müdafiə xərcləri ötən 10 ildə eyni səviyyədə, 200 milyard avro ətrafında seyr edib. Buna qarşılıq olaraq Çin eyni müddət ərzində müdafiə xərclərinin 150 % artırıb. Eyni dərəcədə ABŞ, yalnız 2015-ci ildə AB-nin ümumi müdafiə xərclərinin iki qatından daha çox xərcləmə edib.
Qəzetin xəbərində ayrıca ABŞ-da prezident seçilən Donald Trumpın seçki kampaniyası dövründə, Avropa ölkələrinin müdafiə sahəsinə daha çox sərmayə qoymaları lazım olduğunu vurğulamasının da, AB ölkələrini müdafiə mövzusunda yeni həmlələr etməyə itələyən faktorlar arasında olduğu ifadə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun