"Heykəl məhbusları" üçün aksiya keçirilib, beynəlxalq kampaniya başladılıb [Fotolar]

"Heykəl məhbusları" üçün aksiya keçirilib, beynəlxalq kampaniya başladılıb [Fotolar]
30 Noyabr 2016
Mətni dəyiş
"Heykəl məhbusları" Qiyas İbrahimov və Bayram Məmmədova dəstək üçün xarici ölkələrdə bir neçə tədbir keçirilib.
Abzas.net xəbər verir ki, Almaniyanın Ştutqart şəhərindəki Azərbaycan konsulluğu önündə nidaçı vicdan məhbusları Qiyas İbrahimov və Bayram Məmmədova dəstək üçün həmrəylik aksiyası keçirilib. Aksiyada "Bayram və Qiyas azadlıq!", "Bütün siyasi məhbuslara azadlıq!", "Bayram və Qiyasla hmərəylik" şüarları qaldırılıb.
Həmçinin, beynəlxalq insan haqları təşkilatı "Amnesty International" Hollandiyada nidaçı Qiyas İbrahimovla bağlı kampaniyaya başlayıb. Təşkilat siyasi məhbusun posterlərini dayanacaqlara vurub. Posterlərdə isə "Bir sözə görə 10 il həbs" yazılıb.
Xatırladaq ki, Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanılıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Gənclərin üzvü olduqları NİDA hərəkatı isə onların keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyini bildirib.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə “Qul bayramınız mübarək!” yazdığına görə həbs edilib.
qiyas bayram aksiya qiyas bayram aksiya qiyas bayram aksiya Qiyas poster

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun