Kiyevdə Heydər Əliyev parkına "Qiyasa azadlıq!" şüarı yazılıb [Video]

Kiyevdə Heydər Əliyev parkına "Qiyasa azadlıq!" şüarı yazılıb [Video]
2 Noyabr 2016
Mətni dəyiş
Ukraynalı gənclər paytaxt Kiyevdə "heykəl məhbuslarına" dəstək olaraq aksiya təşkil olunub. Aksiya siyasi məhbus Qiyas İbrahimov haqqında 10 il həbs qərarı oxunmasına etiraz olaraq edilib.
Kiyevdə iki gənc Heydər Əliyev parkının hasarına "İbrahimova azadlıq!" şüarı yazıblar. Bu barədə "facebook" sosial şəbəkəsində "Чёрная Радуга" adlı səhifədə video yayılıb.
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da saxlanıblar. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər "narkotikdə" ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib. Nida Vətəndaş Hərəkatı isə gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bəyan edib.
[video width="640" height="480" mp4="http://abzas.net/wp-content/uploads/2016/11/14881868_1642038932761582_1599538081222885376_n.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun