Gürcüstanda hərbi xidmətə icbari çağırış bərpa edilir

Gürcüstanda hərbi xidmətə icbari çağırış bərpa edilir
8 Noyabr 2016
Mətni dəyiş
Gürcüstanda hərbi xidmətə icbari çağırış yenidən bərpa olunacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, icbari əsgəri xidmətə çağırılan gənclər hərbi xidmət zamanı yüksək hazırlıqlı hərbçi kimi formalaşacaq.
Nazir qeyd edib ki, yeni çağırışda hərbi xidmət zamanı  hər əsgər 50 lari maaş alacaq, tətil və bayram günləri isə evlərinə buraxılacaq.
"Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə dəstək verilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək", - deyə L.İzoriya bildirib.
Xatırladaq ki, Tina Xidaşeli Gürcüstanın müdafiə naziri olarkən icbari hərbi xidmətə çağırışı ləğv etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun