GUAM çərçivəsində regional əməkdaşlıq məsələləri canlandırılır

GUAM çərçivəsində regional əməkdaşlıq məsələləri canlandırılır
8 Noyabr 2016
Mətni dəyiş
Regional format kimi “Vışegrad dördlüyü”nün təcrübəsindən GUAM üçün istifadə oluna bilər. Bu regional birliklər uğurla əməkdaşlıq edər.
Bu gün Bakıda Çexiya səfirliyi və yerli “Atlas” Araşdırmalar Mərkəzinin təşkil etdiyi “GUAM və Vışeqrad qrupu: Regional əməkdaşlıq üçün imkanlar və məhdudiyyətlər” mövzusunda keçirilən dəyirmi masada belə fikir səslənib.
«“Vışeqrad üçlüyü”nü sosial düşərgənin dağılmasından sonra Çexoslovakiya, Macarıstan və Polşa yaradıb. Çexoslovakiyanın Çexiya və Slovakiyaya bölünməsindən sonra dördlüyə çevrildi», Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonkaqeyd edib.
Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard hesab edir ki, onların daxilində “Vışeqrad dördlüyü” və “Baltika Şurası” kimi regional birliklərin mövcudluğu müxtəlif qrup ölkələrin maraqlarını daha yaxşı başa düşməyə imkan verir.
Tədbirdə GUAM baş katibi Altay Əfəndiyev də danışıb.
“1997-ci ildə yaradıldığı gündən 2008-ci ilə qədər GUAM çərçivəsində nəqliyyat və energetika sahəsində regional əməkdaşlıq məsələləri fəal şəkildə müzakirə olunub. Amma Gürcüstanda 2008-ci il avqust müharibəsindən sonra təşkilat “qeyri-müəyyənlik” mərhələsinə qədəm qoydu. Beynəlxalq ictimaiyyətin Gürcüstandakı avqust hadisələrinə adekvat reaksiya verə bilmədiyi bir şəraitdə bəzi GUAM üzvləri “Rusiya siyasəti yoluna” düşdü”, Altay Əfəndiyev qeyd edib.
Onun fikrincə, Ukraynada 2014-cü il hadisələri regional konteksti əsaslı şəkildə dəyişdirib.
“Bu dəfə dünya ictimaiyyəti baş verənlərə qətiyyətli reaksiya verdi. Eyni zamanda, bu, Ukrayna və Rusiya arasında gərginlik yaratdı. Bu vəziyyət, habelə Ukrayna və Türkiyə üçün Rusiya kommunikasiyalarının bağlanması GUAM nəqliyyat dəhlizlərindən istifadəni yenidən fəallaşdırdı. Belə ki, Ukrayna Qazaxıstanın iştirakı ilə baş nazirlər səviyyəsində GUAM sammiti keçirməyi təklif etdi. Bu görüşə hazırlıq davam edir”, deyə Əfəndiyev bildirib.
O hesab edir ki, qədim İpək Yolunun bərpası, İrana qarşı sanksiyaların ləğv olunması nəqliyyat əməkdaşlığının inkişafına təkan verə bilər.
Müzakirələrdə diplomatlar, Azərbaycan parlamentinin deputatları, ekspertlər iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun