Grup Yorum üzvləri həbs olunub

Grup Yorum üzvləri həbs olunub
24 Noyabr 2016
Mətni dəyiş
Keçən həftə İstanbul Okmeydanında yerləşən İdil Mədəniyyət Mərkəzində keçirilən polis əməliyyatında nəzarətə alınan Grup Yorum üzvləri həbs edilib.
Məhkəmə, nəzarətə alınan musiqiçilərin 'polisə müqavimət, təhqir və terror təşkilatı üzvü olma' kimi ittihamlarla həbslərinə qərar verib.
Həbs olunanların Ali Aracı, İnan Altın, Selma Altın, Sultan Gökçek, Fırat Kıl, Dilan Poyraz, Helin Bölek, Abdullah Özgün olduğu bildirilir.
"Grup Yorum"un sosial şəbəkə hesabından edilən açıqlamada həbs qərarı qınanaraq, qrupun həbs edilən üzvlərinin yerlərinin doldurularaq fəaliyyətinə davam edəcəyi ifadə edilib.
Qeyd edək ki, 1985-ci ildə təsis edilən "Grup Yorum"un bir çox üzvü, fərqli zamanlarda həbs olunmuş və ya polis tərəfindən nəzarətə alınmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun