Fransada sağ-mərkəzçilər prezidentliyə namizədi seçir

Fransada sağ-mərkəzçilər prezidentliyə namizədi seçir
28 Noyabr 2016
Mətni dəyiş
Fransada sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdikləri ilkin seçkilərin ikinci turunda François Fillon namizədliyə daha yaxındır.
"Euronews"un Türkiyə xidmətinin yaydığı məlumata görə, 10 min 228 seçki məntəqəsindən 2 min 121'ində səslərin hesablanması tamamlanıb. İlkin nəticələrə görə Fillon seçicilərin 69.5 faizinin səsini qazanmaqla rəqibi Alen Juppe'ni (30.5 faiz) üstələyib.
Bütün səslər hesablanıb bitdikdən sonra, namizədlərin səs nisbətlərinin təxminən bu səviyyələrdə qalması gözlənilir.
Qeyd edək ki, seçkinin ilk turunda 44.1 faizlə ən çox səs toplamış 62 yaşındakı François Fillon, 2007-2012-ci illərdə köhnə Respublika başçısı Nicolas Sarkozi hökumətində baş nazir olub.
Prezident seçkiləri gələn ilin may ayında baş tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun