Filippin prezidentinə sui-qəsd törədilib

Filippin prezidentinə sui-qəsd törədilib
29 Noyabr 2016
Mətni dəyiş
Naməlum şəxslər Filippin Prezidenti Rodriqo Dutertenin kortejinin yaxınlığında partlayıcı qurğunu işə salıblar.
"Report"un CNN telekanalına istinadən veriyi xəbərə görə, partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 9 üzvü xəsarət alıb. Hadisə ölkənin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində baş verib.
Bildirilib ki, həmin an prezident kortejdə olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Kortej R.Dutertenin səfərinə hazırlıqla əlaqədar Maraviyə doğru istiqamət alıb. Hələlik sui-qəsd cəhdinə görə prezidentin səfərinin təxirə salınıb-salınmayacağı barədə məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun