Faiq Əmirlinin həbs müddəti uzadılıb

Faiq Əmirlinin həbs müddəti uzadılıb
11 Noyabr 2016
Mətni dəyiş
“Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində hakim Babək Pənəhovun sədrliyi ilə baxılıb. Qərara əsasən Faiq Əmirli barəsində seçilən həbs-qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb.
Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nəsimi rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O və AXCP Faiq Əmirlinin fəaliyyətinə görə həbs olunduğu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun