Ermənistan müharibədə ölən və əlil olan hərbçilərin sığorta ödənişini artırır

Ermənistan müharibədə ölən və əlil olan hərbçilərin sığorta ödənişini artırır
9 Noyabr 2016
Mətni dəyiş
Ermənistanda hərbi xidmət zamanı ölən və əlil olan hərbçilərin sığorta ödənişləri artırılacaq.
Belə ki, ölən olan hərbçi və birinci qrup əlillərin ailələrinə 20.9 min dollar, ikinci qrup əlillərin ailələrinə 10.5 min dollar məbləğində birdəfəlik sığorta ödənişi olunacaq.
Bundan başqa ölən olan zabit və birinci qrup əlil ailələrinə aylıq 628 dollar, çavuş ailələrinə 523 dollar, sıravi hərbçilərə 418 dollar, ikinci qrup əlillərə 314 dollar aylıq sığorta ödənişi olunacaq. Ümumilikdə, 20 il ərzində sosial müavinət qismində zabitlərə 171.6 min, çavuş heyətinə 146.5 min, sıravi hərbçilərə 100 min dollar ödəniş ediləcək.
Proqram işlə təmin olunan vətəndaşların aylıq maşından 2.1 dollar ödədikləri Fond vasitəsilə maliyyələşəcək. Sarkisyan bildirib ki, ayrı-ayrı şəxslər və ictimai təşkilatlar aprel hadisələri zamanı əlil olan hərbçilərə, oğullarını itirən ailələrə yardım etməyə çalışıb, amma yardım prosesinin şəffaf olması üçün imkanları birləşdirmək lazımdır.
Sığorta məbləğlərinin 2017-ci il yanvarın 28-də Silahlı Qüvvələr günündən sonra artırılacağı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun