Erdoğanın "Sən kimsən?" dediyi AP sədrindən kritik Türkiyə açıqlaması

Erdoğanın "Sən kimsən?" dediyi AP sədrindən kritik Türkiyə açıqlaması
19 Noyabr 2016
Mətni dəyiş
Frank-Walter Steinmeierin xələfi olaraq Almaniya Xarici işlər Nazirliyi üçün adı keçən Avropa Parlamenti (AP) sədri Martin Schulz, Türkiyənin üzvlük müzakirələri ilə bağlı açıqlama verib.
Müzakirələrin dayandırılmasının tərəfdarı olmadığını deyən Schulz, edam cəzasının qüvvəyə minməsi halında görüşlərin avtomatik olaraq sonlanacağını vurğulayıb.
Mindener Tageblatt adlı qəzetə verdiyi açıqlamalarda Sosial Demokrat Partiyasının nümayəndəsi Schulz, "Dialoqlar olmadan heç bir zaman irəliləmə mümkün deyil, əksinə belədə daha çox gərkinlik artar. Müzakirələrin dayanmasından heç kim qazanmayacaq. Bu hadisə baş versə, Türkiyədəki hadisələrə təsir etmək və bəzi şeylərin daha yaxşıya getməsini təmin etmək üçün əlimizdəki əhəmiyyətli bir imkandan məhrum qalmış olarıq", - deyə bildiirb.
AP rəhbəri Schulz, Ankara ilə müzakirələrin yalnız Türkiyənin edam cəzasını yenidən tətbiq etməsi vəziyyətində davam etdirilmə şansının qalmayacağını vurğulayıb və bu vəziyyətdə danışıqların avtomatik sonlandırılacağına işarə edib.
Schulz, Sosial Demokrat Partiyadan baş nazir postuna namizəd olub-olmayacağına dair verilən sualı cavablandırmayıb və bu mövzuda partiyasının zamanı gəldiyində qərarını verəcəyini söyləməklə kifayətlənib.
Jurnalistlərin "AP sədri olaraq vəzifədə qalmaq istəyirsinizmi?" sualına isə Schulz, 17 yanvar 2017-ci il tarixinə qədər bu vəzifəyə seçilmiş olduğunu xatırladıb və qərarını vaxtı çatanda açıqlayacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun