Erdoğan NATO-ya xəbərdarlıq edib

Erdoğan NATO-ya xəbərdarlıq edib
20 Noyabr 2016
Mətni dəyiş
Bu gün Türkiyə prezidenti Recep Tayyip Erdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib.
“France-Presse” agentliyinin məlumatına görə, R.T.Erdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.
R.T.Erdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun