Erdoğan: "Bir az da irəli getsəniz sərhəddi açarıq"

Erdoğan: "Bir az da irəli getsəniz sərhəddi açarıq"
25 Noyabr 2016
Mətni dəyiş
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Parlamentinin Türkiyə ilə müzakirələri dondurmaq qərarını tənqid edib.
Avropanı verdiyi sözləri tutmamaqda ittiham edən Erdoğan, boş təhdidlərə fikir vermədiyini bildirib.
Erdoğan qeyd edib ki, dəniz sahilində cansız bədəni tapılan Aylanın şəkillərini Avropa mediası günlərlə manşetlərdən düşürmədilər, ancaq orada təkcə Aylan yoxdur, uşaq, qadın, yaşlı insan yardım gözləyir.
"Yığışıb 30-40 nəfər qərarın əleyhinə səs verir, 300-400 nəfər lehinə səs verir. Hamınız lehinə səs versəniz də vecimə deyil. Siz heç vaxt insanlığa yaxşı  davranmadınız, insanlara düzgün baxmadınız. Aylan kimi uşaqların meyidləri sahilə vuranda bu insanları qəbul etmədiniz. 3 milyon qaçqını bu ölkədə biz bəsləyirik, siz isə verdiyiniz sözlərin heç birini yerinə yetirmədiniz. Mənə baxın, bir az da irəli getsəniz sərhəddi açarıq"- deyə Erdoğan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun