"Dedilər ki, idarə əməkdaşları barədə məlumat yaymağınız sizə baha başa gələcək"

"Dedilər ki, idarə əməkdaşları barədə məlumat yaymağınız sizə baha başa gələcək"
2 Noyabr 2016
Mətni dəyiş
Bu gün vəkil Elçin Sadıqov "Bandotdel" kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində hədələnib.
Bu barədə açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, səhər idarədən jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə sənədlərini götürəndə iş aparan müstəntiq Nəzarət Buraxılış Məntəqəsində ona hədə-qorxu gəlib:
"Mənə dedi ki, Fikrət Fərəməzoğlunun həyat yoldaşı ilə sənin idarənin əməkdaşları barədə məlumat yaymağınız sizə baha başa gələcək. Mən cavab verdim ki, biz hüquüq çərçivəsində müdafiə işlərini həyata keçiririk. Sonradan mənim və Fərəməzoğlunun həyat yoldaşı barədə şantaj dolu məlumat yayıldı. Xəbər tanınmayan reytinq.info saytında yayılıb. "Facebook"-da həmin məlumatın yalan və şantaj olduğunu bildirdikdən sonra adıma bir neçə saxta profil açıldı və dostlara yenidən dostluqlar göndərildi".
Vəkil bildirib ki, kibercinayətkarlığın qarşısının alınması haqda ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək:
"Vəkilin konstitusion fəaliyyətinə görə təqib olunması demokratiyanın, ədalət mühakiməsinin təməl prinsiplərinə ziddir. Ümid edirəm ki, hökumət bu qanunsuz təqiblər son qoyacaq".
"Reytinq" qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər.
Bu barədə mia.az-a açıqlama verən "Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb.
A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. Onun sözlərinə görə, texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun