Donald Trampın adı Nyu Yorkda binaların üzərindən yığışdırılır

Donald Trampın adı Nyu Yorkda binaların üzərindən yığışdırılır
17 Noyabr 2016
Mətni dəyiş
Yenicə prezident seçilmiş Donald Trampın adı Nyu Yorkda bir sıra yaşayış binalarının üzərindən yığışdırılır.
Upper West Side rayonunun Riverside bulvarında yerləşən 140, 160, 180 saylı binaların üzərində artıq “Trump Place” – yəni “Tramp Yeri” yazılmayacaq. Bu barədə Equity Residential firması açıqlama verib.
Əvəzində, binalar sadəcə küçə ünvanları ilə tanınacaq.
“Biz bu adı həmin binaların üzərindən yığışdırırıq,” Equity Residential-ın sözçüsü Marty McKenna New York Post qəzetinə bildirib. “Qərar buna əsaslanırdı ki, binaya neytral ad verməklə onu indiki və gələcək sakinlər üçün daha cazibədar edək.”
Dəyişikliklər prosesi firmanın nəzarətində olan bütün binaları əhatə edəcək.
McKenna qərara gəlinərkən bir çox faktorların, o cümlədən sakinlərin rəylərinin nəzərə alındığını bildirib.
Bina sakinləri artıq bir müddətdir ki, dəyişikliyin edilməsinə çağırırlar. 600 adam Trampın adının binadan yığışdırılması üçün petisiya imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun