Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb

Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb
23 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 23-də Bakıda Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.
Məqsəd isə, onların azadlığa buraxılmasına nail olmaqdır. Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub. Komitəyə Əlövsət Ağalarov sədrlik edəcək.
Müdafiə Komitəsi ilk addım kimi beynəlxalq qurumlara müraciət hazırlanıb göndərilməsinə qərar verib.
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Rusiyanın Azərbaycandakı səfirliyinə ünvanlanan müraciətlərdə hər iki şəxsin azad edilməsinə yardım etmələri istənilir.
Xatırladaq ki, 2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun