Deputat Hadı Rəcəblinin biznes şəbəkəsi [Foto-video]

Deputat Hadı Rəcəblinin biznes şəbəkəsi [Foto-video]
10 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda son günlərin ön çox müzakirə olunan məsələlərindən biri də Milli Məclisin Lənkərandan olan deputatı Hadı Rəcəblinin Qarabağ əlilləri ilə bağlı dediyi sözlər olub. O, mətbuata müsahibəsində bildirmişdi ki, niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?
Həmin müsahibənin bir hissəsini təqdim edirik: “Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik.
Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.”
Hadı Rəcəbli bir neçə dəfə dediyi sözlər sosial şəbəkələrin və mətbuatın müzakirə mövzuna çevdirilib. 2015-ci ildə müsahibələrinin birində müəllimlərlə bağlı fikirlər səsləndirib:
hadi
"Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir".
Hadı Rəcəbli oktyabr ayında tənqidlərə, etirazlara səbəb olan daha bir fikir səsləndirib. O Milli Məclisin komitə iclasında deyib ki, şəhid ailələrinə müavinələrin artırılması mümkün deyil:
"Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul da olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Şəhid ailələrinə deyilən qədər müavinət verilsə, o zaman Qarabağ əlilləri də müavinətlərinin artırılmasını istəyəcək. O cümlədən, başqa kateqoriyadan olanlar da, bu isə mümkün deyil".
Bu cür fikirlərdən sonra ictimai fəal, vətəndaş və ictimaiyyət nümyəndələri etiraz edərək bildirirdilər ki, hökumət nümayəndələri deyirlər dövlətin milyardlarla pulu var, ona görə dövlət vətəndaşlarının qayğısına qalmalıdır, vətən uğrundan canından keçən insanlara isə xüsusilə dəstək olunlıdır.
hadı rəcəbli
Üstəlik, insanların qəzəbləndirən əsas faktorlardan biri də "dövlətdən, dövlətçilikdən, qanunlardan" danışan deputatın cənub bölgəsində və Bakıda biznes şəbəkəsinə sahib olması, yaxınlarının yüksək vəzifələrdə "oturmasıdır".
2015-ci ildə Hadı Rəcəblinin ailə biznesi ilə bağlı MeydanTV araşdırma təqdim etdi. Məlum oldu ki, Cənub bölgəsində deputata, yaxınlarına aid çoxsağlı obyektlər, mülklər var.
"Abzas.net" və "Sancaq production" olaraq, deputatın Lənkərandakı obyektləri, biznes şəbəkəsi, yerli sakinlərin deputata münasibətləri ilə bağlı reportaj hazırlamaq qərarına gəldik.
hadı rəcəbli poliklinika otel
Lənkəranda yerli insanlarla görüşdük. Deputatın Lənkərandakı fəaliyyətinə görə adlarının çəkilməsini istəyən sakinlər bildirdilər ki, Lənkəranda vəziyyət çox ağırdır. Bunun da səbəblərindən biri deputat Hadı Rəcəblidir: "Heç kimə imkan vermir, Lənkəranda əksər obyektlər, yanacaq doldurma məntəqələri, istirahət mərkəzləri onun və qardaşınındır".
Sakinlər bildirdilər ki, deputatın biznes şəbəkəsinə qatdığı obyektlərdən biri də Lənkərandakı uşaq poliklinikasıdır. Poliklinikanı ələ keçirən Hadı Rəcəbli binanı təmir etdirib və bir hissəsini mehmanxana, bir hissəsini isə bank filialı edib.
[caption id="attachment_13589" align="alignnone" width="1347"]palıdlı sahil Palıdlı Sahil istirahət mərkəzinin kiçik bir hissəsi[/caption]
Lənkəran sakini iddia edir ki, Hadı Rəcədliyə lənkəranlılar ona səs verməyib, o çünki o rayonda heç kimin şikayətinə baxmır, rayonla maraqlanmır:
"Dəfələrlə qəbuluna düşməyə çalışmışıq, amma heç kimi qəbul etmir, ancaq öz yaxınları, tanışlarının deputatıdır o adam. Bir də Lənkərana ancaq obyektlərinə nəzarət etmək üçün gəlir. Yayda da Titanikdə (red - Palıdlı Sahil istirahət mərkəzi Lənkəranda əsasən Titanikkimi tanınır) olur, istirahətini edir, sonra da çıxıb gedir.
[caption id="attachment_13590" align="alignnone" width="960"]hadı rəcəbli Hadı Rəcəbli Palıdlı Sahil İstirahət mərkəzinin ərazisində[/caption]
Lənkəranın ən böyük istirahət mərkəzinin onun olduğu yerli sakinlərdən heç kimə sirr deyil. Hər kəs bilir ki, Titakin (Palıdlı Sahil) deputat Hadı Rəcəbliyə aiddir. İstirahət mərkəzində otel, sanatoriya, kotteclər, hovuz və restoranlar var. Ərazisi isə çox böyükdür.
Deputatın qardaşı İqbal Rəcəbovun isə deputatın cənub bölgəsindəki biznes şəbəkəsinə nəzarət etdiyi bildirilir. İqbal Rəcəbov Maliyyə Nazirliyinin Lənkərən şəhəri üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində işləyir.
lənkəran şəhəriHadı Rəcəblinin biznes şəbəkəsinə Lənkəranda şadlıq sarayları, yanacaqdoldurma məntəqələri, apteklər, restoranlar, univermaq və digər ticarət obyektləri daxildir.
Həmçinin, komputer mağazalar şəbəkəsi olan "DNS Computers" şirkətinin Bakıda 4, Sumqayıtda isə 1 mağazası deputatın ailə üzvlərinə məxsus olduğu bildirilir. Şəbəkənin isə Tural Rəcəbli tərəfindən iradə olunduğu deyilir.
Mənbənin bildirdiyinə görə, Bakıda da deputatın Rəşid Behbudov küçəsində onlarla obyekti var və onları icarəyə verməklə pul qazanır. Lənkəran şəhərindən isə bir neçə evi, doğulduğu Veravul kəndində isə böyük villası var.
Deputatın Günay adlı qızı Azərbaycan Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.
dnsMeydan TV-də 2015-ci ildə yayımlanan məlumata görə isə H.Rəcəblinin oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.
Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.
Hadı Rəcəbli hakim ailə, Paşayevlərlə də qohum idi. Belə ki, Hadı Rəcəblinin qaynı oğlu Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın keçmiş əri olub.
Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.
Qeyd edək ki, Hadı Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub.
1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
Hazırda Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü və Milli Məclisin Komissya sədridir. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputat olub, 20 ildən artıqdır patlamentdə oturur.
14976176_1159613424075573_237480192_o 15060403_1159609457409303_2041389618_o 15053368_1159613474075568_1889920072_o [embed]https://www.youtube.com/watch?v=OGcuImpm158&feature=youtu.be[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun