Daha bir neft ölkəsi tənəzzül içindədir

Daha bir neft ölkəsi tənəzzül içindədir
28 Noyabr 2016
Mətni dəyiş
Afrika qitəsinin ən böyük əhaliyə malik olan iqtisadiyyatı olan neft ölkəsi Nigeriya iqtisadi tənəzzül içindədir.
İqtisadiyyatının 2016-ci ildə 1.7 faiz geriləməsinə hazırlaşan Nigeriyada rəsmi işsizlik nisbəti ötən iki ildə iki dəfədən çox artıb və inflyasiya 11 ilin ən yüksək səviyyəsinə çıxıb.
Prezident Muhammadu Buharinin ata biləcəyi addımlardan biri ölkənin fəlakətilə nəticələnə biləcək valyuta nəzarətinə son qoyması ola bilər. Lakin Buhari, bunun əvəzinə Nigeriyanın valyutasını qorumaq istiqamətindəki fikrini açıq şəkildə bildirib.
Mərkəzi Bank isə əksəriyyətlə Buhari ilə eyni istiqamətdə gedir. Milli pul vahidi Naira-nın İyun ayında devalvasiya olmasına icazə vermək əvəzinə valyutaya müdaxiləsi edilməkdə davam edilib. Buna baxmayaraq müəssisələr pul çatışmazlığı ilə qarşı-qarşıya qalıb və “qara bazar” güclənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun