Clinton və Trump qələbə üçün mühüm ştatlara gedir

Clinton və Trump qələbə üçün mühüm ştatlara gedir
2 Noyabr 2016
Mətni dəyiş
ABŞ prezident seçkilərində demokrat namizəd Hillary Clinton və respublikaçı namizəd Donald Trump ABŞ prezidentliyi uğrunda seçki kampaniyasının sonuncu həftəsi qələbə əldə etmək üçün mühüm ştatlarda kampaniya aparır.
Klinton ABŞ-ın cənub-şərqində turizm mərkəzi olan Florida ştatında üç şəhərdə kampaniyasını davam etdirir. Trump gələn həftə prezident seçki günündə Ağ Ev uğrunda qələbəni özünə təmin etmək üçün Floridada da qələbənin mühüm olduğunu etiraf edir. Son bir neçə sorğunun nəticələrinə əsasən, Trump Floridada bir faiz üstünlüyə malikdir. Lakin hər iki namizəd üçün nəticələr o qədər qeyri-müəyyəndir ki, onlar rəqabətin gərgin xarakter aldığı bir vaxt ştata dəfələrlə səfər etməli olur.
Trump bir neçə aydır Clinton-un davamlı şəkildə üstünlüyə malik olduğu iki ştatda kampaniya aparır. Bunlar ABŞ-ın şərqində Pensilvaniya və orta-qərbdə Viskonsin ştatlarıdır. Trump çərşənbə günü Floridaya getməzdən əvvəl prezident yarışlarında ona dəstək veriləcəyinə ümid edərək bu iki ştatda kampaniyanı davam etdirir.
Ölkə üzrə keçirilmiş rəy sorğuları ölkənin ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Clinton-un daşınmaz əmlak maqnatı Trumpdan iki faiz irəlidə olduğunu göstərir. Lakin ABŞ prezident seçkilərinin taleyi birbaşa seçki yolu ilə həll edilmir. Seçkinin nəticələri ölkənin 50 ştatı və paytaxt Vaşinqtonun nümayəndələrinin daxil olduğu Seçki Kollegiyasının səsləri ilə müəyyən edilir. Böyük ştatlarda nümayəndələrin səsləri ümumi nəticədə mühüm rol oynayır.
Hər bir ştatda səsvermənin nəticələrinə əsasən namizəd qələbə çalmaq üçün Seçki Kollegiyasının 538 səsindən 270-ni almalıdır. Klintonun rəy sorğularına əsasən az fərqlə irəlidə olmasına baxmayaraq, bəzi təhlilçilər Seçki Kollegiyasının ona lazım olan 270 səsi verə biləcəyini proqnozlaşdırır, belə ki, ştatda qələbə çalan namizəd bütün səsləri alır. Məhz buna görə də Florida ştatı Seçki Kollegiyasında 29 səsə malik olmaqla mühüm ştatlardan biri hesab edilir.
Clinton çərşənbə günü seçki kampaniyasını artmaqda olan ispan mənşəli əhalinin Trump-ın mühacirət əleyhinə mövqeyinə və qeyri-qanuni mühacirətin qarşısını almaq üçün ABŞ və Meksika sərhədində divarın inşası təklifnə etiraz etdiyi Arizona ştatında davam etdirəcək. Arizona ştatı son 16 prezident seçkisinin 15-də respublikaçı namizədə səs verib. Lakin Clinton ştatın Seçki Kollegiyasının nümayəndələrinin 11 səsini almaq imkanına malik ola biləcəyinə inanır. Son rəy sorğuları onun bir faizdən az fərqlə irəlidə olduğunu göstərir.
The Washington Post ABC News tele kanalının keçirdiyi son sorğularına əsasən isə Trump bir faizlə irəliyə çıxır. Respublikaçı namizəd sorğunun nəticələrinə işarə edərək Twitter səhifəsində "son iki həfətə 12 faiz irəliyə çıxdığını" yazıb.
Washington Post və ABC News sorğusu Trump tərəfdarlarının Federal Təhqiqatlar Bürosunun direktoru James Comey-nin Clinton-un dövlət katibi olduğu dövrdə email işi ilə bağlı yeni təhqiqata başlanması haqda açıqlamasını böyük ruh yüksəklikyi ilə qarşıladığını göstərir. Lakin bəzi təhlilçilər Comey-nin açıqlamalarının Clinton-a, ya da Trump-a dəstək verilməsinə az təsiri olacağını hesab edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun