Çiprasdan Erdoğana "Lozanna" cavabı

Çiprasdan Erdoğana "Lozanna" cavabı
23 Noyabr 2016
Mətni dəyiş
Yunanıstan baş naziri Çipras Lozanna razılaşmasından heç kimin şübhə etmədiyini, Türkiyənin də bunu anlaması lazım olduğunu söyləyib.
Partiyası SYRIZA-nın millət vəkillərinə səslənən Yunanıstan baş naziri Aleksis Çipras, "Heç kim Lozanna müqaviləsindən şübhə etmir. Türkiyə də bunu anlamalıdır", - deyə bildirib.
Türkiyə dövlət başçısı Recep Tayyip Erdoğan, "Lozanna müqaviləsindəki bütün qazandıqlarımızı əlbəttə ki, təqdirlə qarşılayırıq. Amma bu vəziyyət, gələcək hədəflərimiz arasında olan, İstiqlal müharibəsini qazanaraq yaxınlaşdığımıza inandığımız amma Lozanna ilə imtina etmək məcburiyyətində qaldığımız bəzi haqqlarımızı dilə gətirməyə mane deyil. Lozanna müzakirəsi bir mətn deyil, müqəddəs bir mətn əsla deyil. Əlbəttə müzakirələrlə birlikdə daha yaxşısını əldə etməyə çalışacağıq", demişdi.
Digər tərəfdən Çipras, iqtisadi sahədə göstərilən irəliləməni nəzərdən keçirməyi tamamlamaq istədiklərini, lakin məşğulluq islahatı da daxil olmaq üzrə əlavə tədbirlərə 'istiqamətli' məntiqsiz tələbləri qəbul edə bilməyəcəklərini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun