Cənubi Koreya prezidenti vəzifəsindən gedə biləcəyini deyib

Cənubi Koreya prezidenti vəzifəsindən gedə biləcəyini deyib
30 Noyabr 2016
Mətni dəyiş
Cənubi Koreya prezidenti Pak Gın He impiçment və ya istefa sözlərini işlətmədən Milli Assambleya tələb etsə, prezidentlik vəzifəsindən gedəcəyini bildirib.
Pak Gın He televiziyada yayımlanan çıxışında xalqa müraciət edib. O deyib ki, qərarı Milli Assambleyanın öhdəsinə buraxır.
“Hakimiyyəti sabit bir şəkildə ötürüb, hakim və müxalif partiyalar arasında müzakirədən sonra siyasi iğtişaş və vakuumun yaranmasının qarşısını almaq üçün tədbirəlr görüləndən sonra mən qanuna uyğun olaraq vəzifəmdən gedəcəyəm”, deyə o bildirib.
O həmçinin əlavə edib ki, “prezidentlik vəzifəsini cədvələ və hüquqi prosedura” əsasən, eləcə də hakim və müxalif partiyalar tərəfindən dövlət işlərində qarışıqlıq və boşluğun yaranmasına yol verməmək üçün görüləcək tədbirlərə uyğun olaraq tərk edəcək.
Sungkyunkvan Universitetinin politoloqu, professor Ço Vonbin deyir ki, Pakın açıqlamaları onun prezidentlik müddətini uzatmağa çalışdığını göstərir.
“Pak qərarların qəbul edilməsi prosesində iştirak edən onun tərəfdarı olan qanunvericiləri prosesə cəlb etmək istəyir. O həm də ona qarşı olunan ittihamları rədd edir və parlamenti hakimiyyətin keçidi prosesi ilə bağlı müzakirə aparmağa məcbur edib. Fikrimcə bu, sadəcə onun hakimiyyətini uzatmaq taktikasıdır”, deyə o bildirir.
Müxalifət liderləri prezidentin çıxışına şübhə yanaşıblar. Bəziləri bunun impiçment səylərinin qarşısını almaq və mənsub olduğu Saenuri partiyası daxilində ona olan dəstəyi möhkəmləndirmək məqsədilə edilmiş siyasi manevr olduğundan şübhələnir.
Korey Demokratik Partiyasının sədri Çoo Mi-ae prezidentin şərti istefa təklifini müxalifətin bu həftə impişmentlə bağlı vəsatət təqdim etmək planlarını dəyişdirməyəcəyini deyib.
Park Cənubi Koreya tarixində ilk vəzifəsinini icra edən prezidentdir ki, korrupsiya istintaqında cinayət şübhəlisi adlandırıla bilər.
Prokurorluq Pakın nüfuzlu dostu Çoi Sun-sil və keçmiş müşaviri An Conq-bumun böyük Koreya şirkətlərinin iki fonda 65 milyon dollar ianə verməyə vadar etməkdə rol oynadığını iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun