Brexit: Proqnozların əksinə olaraq Britaniyada inflyasiya azalıb

Brexit: Proqnozların əksinə olaraq Britaniyada inflyasiya azalıb
15 Noyabr 2016
Mətni dəyiş
İqtisadçılar Brexit-dən sonra funt sterlinqin məzənnəsinin aşağı düşməsi fonunda inflyasiyanın artacağından ehtiyat edirdilər.
Milli Statistika Xidmətinin verdiyi məlumata gorə, Böyük Britaniyada illik inflyasiya göstəricisi 0, 9 %-ə qədər azalıb. Sentyabr ayında bu göstərici 1% təşkil edirdi.
Bir qədər əvvəl əksər iqtisadçilar illik inflyasiyanın 1,1% təşkil edəcəyini proqnozlaşdırırdılar.
Lakin oktyabr ayında istehsal məhsullarının qiyməti 2,1% artdı və bu da 2012-ci ildən bu yana ən böyük artım kimi qiymətləndirildi.
İqtisadçılar Böyük Britaniyanın Aİ-dan çıxmasıyla bağlı keçirilən referendumun nəticələrindən sonra funt sterlinqin məzənnəsinin aşağı düşməsi fonunda inflyasiyanın artacağından ehtiyat edirdilər.
Noyabrın əvvəllərində İngiltərə bankı gələn ilin noyabr ayına qədər inflyasiyanın 2,7 % qədər artacağını proqnozlaşdırırdı. İyun ayından bu yana funtun kursu ABŞ dollarına nisbətdə 16%, avroya nisbətdə isə 11% aşagı düşüb.
Milli Statistika Bürosunun oktyabrda verdiyi açıqlamaya görə, ötən yay Böyük Britaniyada işsizlərin sayı hiss olunmayacaq dərəcədə artaraq 4,9 % təşkil edib. Beləliklə, britaniyalı işsizlərin sayı son 11 ildə ən aşağı səviyyədə qalmaqda davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun