Braziliyalı futbolçuları daşıyan təyyarə qəzaya uğrayıb

Braziliyalı futbolçuları daşıyan təyyarə qəzaya uğrayıb
29 Noyabr 2016
Mətni dəyiş
Kolumbiyanın Antokiya əyaləti ərazisində təyyarə qəzası baş verib.
Qəzaya uğrayan təyyarədə  Braziliyanın “Şapekoense” futbol komandasının oyunçuları və 9 ekipaj üzvü də daxil olmaqla, 80 nəfər olub.
Boliviyadan Kolumbiyanın Medelyin şəhərinə uçan təyyarə Rioneqro şəhəri ətrafında radardan itib. Ekipaj komandiri Medelyin hava limanının dispetçerlərinə yanacağın bitdiyi barədə xəbər verib. Hava limanı təyyarənin enişi üçün şərait yaradıb, lakin təyyarə aeroporta çata bilməyib.
Komanda Sudamerikana kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün bu şəhərə gedirmiş. Qarşılaşma sabah keçirilməli idi.
Qəzada 81 nəfərdən 5-i sağ qalıb, 76 nəfər dünyasını dəyişib.
Sağ qalanlar arasında  "Şapekoense"nun futbolçularından Alan Ruşel, Markos Danilo, Cekson Folmann, jurnalist Rafael Henzel və bir stüardessa var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun