Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var
3 Noyabr 2016
Mətni dəyiş
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Bu haqda BQXK-nın Azərbaycan nümayəndəliyindən İlahə Hüseynova məlumat verib.
O bildirib ki, noyabrın 2-də baş tutan görüşdə BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanan hər iki şəxsə ailələrindən məlumatlar çatdırıblar. Onlardan da ailələrinə məlumat alıblar.
Xatırladaq ki, 2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun