Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Bu haqda BQXK-nın Azərbaycan nümayəndəliyindən İlahə Hüseynova məlumat verib.
O bildirib ki, noyabrın 2-də baş tutan görüşdə BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanan hər iki şəxsə ailələrindən məlumatlar çatdırıblar. Onlardan da ailələrinə məlumat alıblar.
Xatırladaq ki, 2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.
MƏNBƏAzadliqRadiosu
Əvvəlki məqaləErmənistan əhalisinin sayı 634 min nəfər azalıb
Növbəti məqalədəFED-in uçot dərəcəsini qaldırma ehtimalı 80 faizə yüksəldi