"Azərbaycanın idxal etdiyi məhsulların yarıdan çoxu Avropa ölkələrinin payına düşür"

"Azərbaycanın idxal etdiyi məhsulların yarıdan çoxu Avropa ölkələrinin payına düşür"
16 Noyabr 2016
Mətni dəyiş
Bu gün Bakıda Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” konfransı keçirilib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Azərbaycanın idxal etdiyi məhsulların yarıdan çoxu Avropa ölkələrinin payına düşür.
Onun sözlərinə görə, bu yaxınlarda Yevlaxda olub və kənd təsərrüfatının inkişafına necə diqqət verildiyini görüb.
“Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükü məsələsini inkişaf etdirəcəyik. Bundan başqa, Aİ ASAN xidmətin iş təcrübəsini öyrənmək və iqtisadi sahələrin inkişafında Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir”, - deyə o bildirib.
"Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir. “Şərq-Qərb” nəqliyyat layihələri də bizə maraqlıdır", - deyə M.Mard əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun