Azərbaycandan İrana qatarla getmək olacaq

Azərbaycandan İrana qatarla getmək olacaq
10 Noyabr 2016
Mətni dəyiş
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti növbəti ilin mart ayında istismara veriləcək.
Bu barədə İran Dəmir Yollarının prezidenti Mohsen Purseyid Ağayini məlumat verib.
"Ümid edirəm ki, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək layihə növbəti ilin martında reallaşdırılacaq. Dəmir yolu layihəsi zəruri malları İrandan Moskva və Qara dənizə çatdıracaq", - deyə o, bildirib.
M.P.Ağayini deyib ki, həm Azərbaycan, həm də İran tərəfi tikinti fazasının böyük hissəsini yerinə yetirib.
Qeyd edək ki, bu il aprelin 20-də Azərbaycanla İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Аstara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır.
Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun