Azərbaycanda e-ticarət vergiyə cəlb ediləcək

Azərbaycanda e-ticarət vergiyə cəlb ediləcək
30 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Vergilər Nazirliyi internet vasitəsilə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi məsələsi üzərində daha intensiv işləyəcək.
Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb edilməsi məsələsi çoxdan gündəlikdə duran məsələdir və nazirlik artıq bir neçə ildir bu istiqamətdə ciddi işlər aparır.
O əlavə edib ki, bu, dünya miqyasında artıq uzun müddətdir mövcud olan, sabit bir trenddir: "Bu, dünyanın bir çox ölkələrində var, artıq yanvarın 1-dən Rusiya da tətbiqinə başlanır"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun