Azərbaycana avtomobil idxalı 6 dəfə azalıb

Azərbaycana avtomobil idxalı 6 dəfə azalıb
16 Noyabr 2016
Mətni dəyiş
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 349 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 870 ədəd avtomobil və ya 5,57 dəfə azalıb. Ölkəyə gətirilən avtomobillərin 75 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 775 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun