Azərbaycan əsgəri şəhid olub

Azərbaycan əsgəri şəhid olub
16 Noyabr 2016
Mətni dəyiş
Müdafiə Nazirliyi cəbhə bölgəsində Azərbaycan əsgərinin şəhid olduğu ilə bağlı məlumat yayıb.
Xəbərə görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun