Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu

Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu
24 Noyabr 2016
Mətni dəyiş
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.
479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
Qərar layihəsi parlamentdəki 8 qrup tərəfindən təqdim edilib və 9 maddədən ibarətdir. Sənəddə Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra atılan addımlar tənqid olunur.
Qeyd edək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun