Avropa Məhkəməsi "Qanun"un işini icraata götürüb

Avropa Məhkəməsi "Qanun"un işini icraata götürüb
4 Noyabr 2016
Mətni dəyiş
2013-cü ildə vergi işçilərinin qapılarını qapadığı “Qanun” jurnalının şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq. Bu barədə Turan-a redaksiyanın sözügedən işdə hüququ nümayəndəsi Xalid Ağəliyev bildirib.
X.Ağəliyevin sözlərinə görə, yerli məhkəmələr “Qanun”un şikayətlərini qanuni araşdırmayıblar. “2013-cü ildə “Qanun” jurnalı və nəşriyyatı heç bir legitimliyi olmayan yoxlamaya məruz qalıb. Təəssüflər olsun ki, yerli məhkəmələr bu prosesdə yol verilmiş hüquq pozuntularının heç birini aradan qaldırmayıb. “Qanun”un bank hesablarına münasibətdə bu pozuntular hələ də davam edir” deyən hüquqşunas artıq Avropa məhkəməsinə şikayət edildiyini və şikayətin  icraata qəbul edilidiyini bildirib.
Avropa məhkəməsinə şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr “Qanun” jurnalına münasibətdə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ), 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna yol veriblər.
Avropa məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli əvəzin təmin edilməsi barədə qərar çıxarılması istənilir.
Xatırladaq ki, “Qanun” jurnalı və nəşriyyatı 2013-cü ildə basqılara məruz qalıb. O zamanlar nəşriyyata basqıları həmin il keçirilmiş prezident seçkilərində müxalifətin prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki materiallarının “Qanun”da çap edilməsilə əlaqələndirirdilər.
Həmin il noyabrın 1-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti və Vergi Cinayətlərinin Ibtidai Araşdırması Departamentinin 25-dən çox əməkdaşı heç bir xəbərdarlıq və icazəverici sənəd təqdim etmədən “Qanun” jurnalı və nəşriyyatının ofisində yoxlama aparıblar. O zaman ofisin giriş və çıxışı qapadılıb, redaksiyanın və nəşriyyatın fəaliyyəti dayandırılıb.
Yoxlamalar nəticəsində “Qanun” jurnalının redaksliyası 45 min manatdan artıq (cərimə və vergi) cərimələnib, bank hesablarına həbs qoyulub. Yerli məhkəmələr “Qanun”un şikayətlərinin heç birini təqdim etməyib.
Haqqında bəhs olunan yoxlamalardan sonra “Qanun” jurnalı ilə yanaşı, nəşriyyat da cərimələnib. Həmin iş üzrə ölkə içində məhkəmə prosesləri hələ davam edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun