Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 7 şikayətçinin qərarını açıqlayacaq

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 7 şikayətçinin qərarını açıqlayacaq
20 Noyabr 2016
Mətni dəyiş
Avropa Məhkəməsi 22-24 noyabr tarixlərində Azərbaycanla bağlı daha 6 şikayətçinin qərarını açıqlayacaq. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
O bildirib ki, beynəlxalq məhkəmənin Azərbaycana qarşı 2 qərarı elan olunacaq: "Qərarın biri Mustafa Hacılının 2 aprel 2011-ci ildə həbs edilərkən pis rəftara məruz qalması ilə bağlıdır. O, Konvensiyanın 3 və 13-cü maddələrinin pozulduğunu bildirir".
Vəkil bildirib ki, digər iş isə 6 ərizəçinin şikayəti ilə bağlıdır. Onların şikayəti bir iş üzrə birləşdirilib və bir qərar elan ediləcək:
fariz namazlı
"Ərizəçilər Dəyanət Babayev, Təzəxan Mirələmli, İlham Hüseynov, Bəhruz Həsənov, Tofiq Dadaşov, Ağaverdi Rusanov, Türkel Əlisoydur. Onlar 11 mart 2011, 23 fevral 2014 və 9 mart 2014-cü ildə keçirilən mitinqlərdə iştirak etmək istəyiblər. Şikayətçilərin hamısını mitinqdən bir neçə gün əvvəl saxlayaraq inzibati qaydada həbs ediblər. Onlar isə Konvensiyanın 5.1, 6.1, 6.3 və 11-ci maddələrinin pozuntusunu iddia edirlər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun