Analoq yayımın dayandırılmasından sonra şikayətlərin sayı artıb

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından sonra yaradılan “Qaynar xətt”ə (14-11 nömrəli) daxil olan müraciətlərin sayı açıqlanıb.
Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) verilən məlumata görə, noyabrın 1-dən bu günədək əhalidən 40 minə yaxın zəng qəbul olunub.
Əhali “Qaynar xətt”ə daha çox dekoder, rəqəmli yayımda yaranan problemlər, TRT 1 kanalının yayımı ilə bağlı suallar ünvanlayıb.