Almaniya PKK-nı dəstəklədiyi iddialarını yalanlayıb

Almaniya PKK-nı dəstəklədiyi iddialarını yalanlayıb
10 Noyabr 2016
Mətni dəyiş
Almaniya xarici işlər naziri Frank Walter Steinmeier həmkarı Mevlüt Çavuşoğlunun Berlinin PKK-nı dəstəklədiyi yolundakı suçlamasını rədd edib və bu kimi təşkilatların Almaniyada qadağan olduğunu söyləyib.
Çavuşoğlu dünən verdiyi açıqlamada, "Bütün terrorçuların Almaniyanı seçməsi təsadüf deyil. İndi isə FETÖ mənsublarına qucaq açan Almaniya var. Türkiyədə bütün terror fəaliyyətlərini həyata keçirən terroristlərə ən çox dəstəyi verən ölkə Almaniyadır", - deyə çıxış edib.
Steinmeier, "PKK və digər radikal təşkilatlar burada terrorist qruplar olaraq qadağan edilib. Bu qruplara qarşı cəza qanunları tətbiq olunur. Bu səbəblə Türkiyədə Almaniya haqqında verilən açıqlamaları anlaya bilmirəm. Bir iddianı təkrarlamaq, onu doğru göstərməz."
Almaniya daxili kəşfiyyat təşkilatı ölkədə olan 14 min PKK dəstəkçisini, DHKP-C ilə əlaqəli 650 nəfəri və digər sol ya da kommunist qruplardan 2 mindən çox adamı izlədiklərini açıqlayıb.
Prezident Recep Tayyip Erdoğan da keçən həftə çıxışı zamanı, "Almaniya hazırda terroristlərin sığındığı əhəmiyyətli ölkələrdən biri halına gəlmişdir", deyə ifadə etmişdi.
Almaniya Daxili İşlər Nazirliyi sözçüsü də YPG-nin də PKK-nı qadağan edən qanunun əhatəsinə girdiyini söyləyib.
Alman Die Welt qəzeti təhlükəsizlik qaynaqlarına istinadən verdiyi xəbərdə, 130 alman vətəndaşının YPG mənsubu kimi Suriyada döyüşdüyünün bilindiyini, ancaq prokurorların YPG dəstəkçilərinə qarşı istintaq açmanın, bu qrupun ABŞ-ın Suriyada İslam Dövləti təşkilatına qarşı mübarizəsində dəstək olması səbəbiylə siyasi olaraq uyğun görülmədiyini qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun