Ağ Ev: Obama - Trump görüşü bəzilərinin gözlədiyi qədər "qəribə" keçmədi

Ağ Ev: Obama - Trump görüşü bəzilərinin gözlədiyi qədər "qəribə" keçmədi
11 Noyabr 2016
Mətni dəyiş
Ağ Evdən verilən açıqlamada ABŞ-ın 44-cü və 45-ci prezidentləri arasında reallaşan görüşün bəzilərinin gözlədiyi qədər "qəribə" keçmədiyi ifadə edilib.
Barack Obama və Donald Trumpun Ağ Evdə işçilərin vəziyyətini və həyata keçiriləcək nizamlamalarla bağlı görüşdüyünü ibildirən sözçü Josh Earnest, "Bu qarışıq bir işdir. Ağ Ev kadrlarının bir çox çətinlik və hətta böhranla bacara biləcək şəkildə qurulması lazımdır", - deyə qeyd edib.
ABŞ-ın yeni və köhnə prezidentləri arasındakı görüşdə fikir ayrılıqlarının hamısının həll edilmədiyini deyən Earest, "Bütün fərqliliklərini çözə bilmədilər, ancaq onların hamısını həll etməyə də çalışmadılar", ifadələrindən istifadə edərək ikili arasındakı zirvəni izah etməyə çalışıb.
Sözçü görüşün "bəzilərinin gözlədiyindən daha az qəribə" keçdiyini də sözlərinə əlavə edib. Obamanın Trumpla görüşdən "Yeni prezidentin keçid prosesini problemsiz və təsirli idarə edəcəyinə dair güvənlə" çıxdığını ifadə edən Earnest, liderlər arasında keçirilməsi planlaşdırılan gələcək görüşlərlə əlaqədar Ağ Evin bir məlumatı olmadığını söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun