ABŞ-dan Bəşər Əsədi dəstəkləyən ölkələrə sanksiya qərarı

ABŞ-dan Bəşər Əsədi dəstəkləyən ölkələrə sanksiya qərarı
18 Noyabr 2016
Mətni dəyiş
ABŞ Konqresinin Nümayəndələr Palatası Suriya dövlət başçısı Bəşər Əsəd və ona dəstək çıxan ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Nümayəndələr palatasının Xarici İşlər Komitəsinin rəhbəri Ed Roys məsələ ilə bağlı bildirib ki, sanksiyalar Suriya hökumətinə döyüşləri aparmaq üçün lazım olan bütün sektorları əhatə edəcək.
"Qəbul edilən bu qanun layihəsi Əsəd rejiminə dəstək verən və bu rejimlə iş görməkdə davam edən dövlətlərə və şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur" — demokrat konqresmen Eliot Engel bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun