ABŞ-ın bir neçə ştatında Trump əleyhinə etiraz aksiyaları olub [Fotolar]

ABŞ-ın bir neçə ştatında Trump əleyhinə etiraz aksiyaları olub [Fotolar]
9 Noyabr 2016
Mətni dəyiş
Donald Trumpın qələbəsindən sonra noyabrın 9-u səhər saatlarında Ağ evin ətrafında ona etiraz olaraq aksiya keçirilib.
Aksiyada 500-dək adam iştirak edib. Bu barədə RadioAzadlıq xəbərində qeyd edir. Onlar əllərində "Amerika yenidən nifrətə doğru gedir", "cəhənnəmə xoş gəlmisiniz" kimi  şüarlar yazılmış plakatlar tutublar.
Kaliforniya ştatının Oakland şəhərində də Trumpa qarşı etiraz aksiyası keçirilib. Küçələrə çıxan insanlar "Trump bizim prezidentimiz deyil" kimi şüarlar səsləndirib, zibil yeşiklərini yandırıb, vitrinləri sındırıblar.
Portland şəhərində də Trump əleyhinə aksiya keçirilib. Əksəriyyəti gənclər olan aksiyaçılar yolu bağlayıblar. Aksiya dinc şəraitdə keçirilib.
"Abzas"ın məlumatına görə, həmçinin Kaliforniya Universitetinin kampusunda və San Jose Universitetində tələbələr etiraz aksiyaları keçiriblər.
Pensilvaniya ştatında yerləşən Pitsburq Universitetinin yüzlərlə tələbəsi küçələrə çıxaraq birlik üçün çağırışlar edib, Trump əleyhinə şüarlar səsləndiriblər.
Ən çox etirazlar Kaliforniya ştatında keçirilib. San-Fransisko Universitetinin də yüzlərlə tələbəsi Trump-a etiraz məqsədilə şəhərin küçələrinə çıxıblar.
Məhşur Amerikan müğənni Lady Gaga-da Trump əleyhinə aksiya keçirib. O, Nyu-York ştatında yerləşən Trump Tower-ın qarşısına gələrək plakat qaldırıb, etiraz edib.
Müxtəlif ştatlarda, universitetlərdə keçirilən aksiyalardan fotoları təqdim edirik:
foto1 foto2 foto3 foto4 foto5 foto6 foto7 foto8 foto9 foto10 foto11 foto12 foto13 foto14 foto15 foto16 foto17 foto18 foto19 lady-gaga-trump-tower protest protset

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun