Abid Şərifov: "Son illər nəqliyyat infrastrukturuna 25 mlrd dollar investisiya yatırılıb"

Abid Şərifov: "Son illər nəqliyyat infrastrukturuna 25 mlrd dollar investisiya yatırılıb"
25 Noyabr 2016
Mətni dəyiş
"Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır".
Bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
“Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub”, - deyə A. Şərifov vurğulayıb.
A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolundan, Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən, Bakı limanı və Ələtdə yaradılacaq Azad Ticarət Zonasından danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir huba çevrilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun