AB-dən Türkiyəyə xəbərdarlıq: "Jurnalistlərin həbsi viza müzakirələrini təxirə sala bilər"

AB-dən Türkiyəyə xəbərdarlıq: "Jurnalistlərin həbsi viza müzakirələrini təxirə sala bilər"
2 Noyabr 2016
Mətni dəyiş
"Türkiyədə jurnalistlərin həbs edilməsi səbəbi ilə viza danışıqlarını 2018-ci ilə qədər təxirə sala bilər".
Bu sözləri Avropa Parlamentinin sədr müavini Graf Lamsdorf deyib.
Almaniyada dərc edilən Bild qəzetinə müsahibə verən Lamsdorf edam məsələsinin müzakirə edilməsi, mətbuat və müxalifətə qarşı təzyiqləri tənqid edərək, ”Belə vəziyyətdə sərbəst viza haqqında danışa bilmərik. Əgər 2017-ci ildə bu gerçəkləşməzsə, prezident Recep Tayyip Erdoğanın günahı olar”, - deyə bildirib.
AB parlamentinin(EVP) millətvəkili Herbert Reul də oxşar açıqlama verib. Reul qeyd edib ki, Erdoğan belə davam edərsə, viza danışıqları yaxın gələcəkdə həll olunmaya bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun